31 İyul 2021-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri açıqlanıb.
FED.az Mərkəzi Banka istinadən təqdim edir.
31 İyul 2021-ci il tarixində Azərbaycanın bank sektorunun cəmi aktivləri 33 milyard 668,1 milyon manat təşkil edib. Bu, İyun ayının sonu ilə müqayisədə 1,8 % çoxdur.
İyulda müştərilərə verilmiş cəmi kreditlər 0,7% artaraq 14 milyon 966.5 milyon manta çatıb.
Azərbaycanın bank sektoru 2021-ci ilin 7 ayını 408,9 milyon manat xalis mənfəət ilə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır. Ötən ilin eyni dövründə sektorun xalis mənfəəti 428,1 milyon manat təşkil etmişdi.
Cədvəllərin daha aydın görünməsi üçün üzərinə klikləyin.