Bu ilin oktyabr ayı ərzində bank əməkdaşlarının sayı 347 nəfər artıb. Belə ki, 30.09.2021 tarixində Azərbaycanda bank sektorunda 19488 əməkdaş var idisə, 31.10.2021 tarixində bu göstərici 19835-ə çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verir.
Mərkəzi Bankın məlumatına əsasən, 2021-ci ilin ilk 10 ayı ərzində bank əməkdaşlarının sayı ümumilikdə 1127 nəfər artıb.