Azərbaycanda bank sektorunun xalis mənfəəti 2021-ci ilin ikinci yarısından sonra daha da yüksəlməyə başladı.
Eləcə də bax: Azərbaycanda bankların sayı - NİYƏ ARTMIR?
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə görə, sektor cari ilin ilk 10 ayı ərzində 570.1 milyon manatlıq xalis mənfəət edib.
Cari ilin yanvar-oktyabr ayları ərzində əldə edilmiş xalis mənfəət 2020-ci ilin eyni dövrünü 19% üstələyib.
Ötən ilin oktyabrında ölkənin bank sektorunun zərər etmişdi, və ilk 9 ay ərzindəki 512.8 milyon manat xalis mənfəət, ilin ilk 10 ayında 478 mln. manata düşmüşdü.
Bank sektoru cari ilin ilk on ayında 1 milyard 731 milyon manat faiz gəliri, 448 milyon manat faiz xərci, 702 milyon manat qeyri-faiz gəliri və 1 milyard 142.1 milyon manat qeyri-faiz xərci etmişdir. Nəticədə, sektorun əməliyyatı 810.2 milyon manat mənfəətlə tamamlanmışdır. Öncəki ilin eyni dövründə 665.6 milyon manat idi.