Bu gün Azərbaycanda bank sektorunda TOP-menecmentdə çalışan insanların aldığı əməkhaqqı açıqlanıb. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.
Bildirib ki, bank menecerlərinin əksəriyyətinin orta aylıq əmək haqqı 8-10 min manatdan çoxdur:
"Bu rəqəm beynəlxalq bazarlardakı əmək haqqı ilə rəqabət oluna biləcək səviyyədədir”.
Z.Nuriyev əlavə edib ki, bu gün bank sektoru Azərbaycanda ən yüksək əmək haqqı verən qruplar arasındadır.
“Buna baxmayaraq adi ixtisaslara, məsələn, mühasiblər, informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərə bank sektorunda böyük ehtiyac var. Bu ixtisasa sahib olan insanları biz əmək bazarından əldə edə bilmirik. Bu kimi ixtisasların tələbləri dəyişməz qaldığı üçün biz bu istiqamətdə diqqəti gücləndirməliyik”.
Bank rəhbərlərinin aylıq maaşları açıqlandı - MƏBLƏĞ
23:46
28 Noy 2017