Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit" bank olmayan kredit təşkilatının istiqraz emissiyasını qeydə alıb. Bu barədə Palatadan məlumat verilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 300 ədəd adi faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur.
Qiymətli kağızların tədavül müddəti 24 ay, illik faiz dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək.