"Bank of Baku"nun aktivləri azalıb
10:31
28 Okt 2016
“Bank of Baku” ASC-nin 2016-cı ilin ilk 9 ayı üzrə olan hesabatına əsasən cəmi aktivləri 549 milyon 542 min 430 manat təşkil edir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 22% və ya 155,3 milyon manat az deməkdir. Belə ki, 2015-ci ilin ilk 9 ayı üzrə bankın aktivləri 704 milyon 837 min 420 manat təşkil edib.