01.08.2022-ci il tarixində Azərbaycanın bank sektorunun kredit qoyuluşları 18 milyard 487.4 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycana daxil olan pul baratlarında böyük artım - 6 ayda 1,1 MİLYARD DOLLARI KEÇİB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin iyun ayının sonu ilə müqayisədə iyul ayında kredit qoyuluşları 167,4 milyon manat artıb. Bu cari ilin fevral-iyul dövründə ən aşağı aylıq artımdır.
Kredit qoyuluşları iyunda 221.7 milyon manat, mayda 257.9 milyon manat, apreldə 312.2 milyon manat, martda 401.7 milyon manat, fevralda 345.1 milyon manat, yanvarda 122.3 milyon manat artmışdı.
Cari ilin 7 ayı ərzində bank sektorunun kredit qoyuluşları 1 milyard 828.3 milyon manat artıb.
Kredit qoyuluşları, milyon manat ilə.
01.08.2022 18487.4
01.07.2022 18320.0
01.06.2022 18098.3
01.05.2022 17840.4
01.04.2022 17528.2
01.03.2022 17126.5
01.02.2022 16781.4
01.01.2022 16659.1 (Marja)