"Bakıda keçirilən Ticarət Festivalı (Baku Shopping Festival) çərçivəsində indiyədək alıcılara 300 min manatdan artıq ƏDV qaytarılıb". FED.az APA-ya istinadən xəbərə verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.
Onun sözlərinə görə, bu vəsaitin 95%-i Azərbaycan vətəndaşlarına ödənilib. "Bilirsiniz ki, bu proses faktura əsasında tənzimlənir. İndiyədək 400 faktura toplanılıb", - deyə nazir müavini qeyd edib.