Bakıda “Atlas Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkət dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanı Port Baku-da olan lizinq şirkəti - YARADILIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Atlas Lizinq” MMC 24 fevral 2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.
Şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Qulu Quliyev, ev 35, m. 2, M3 ünvanında dövlət qeydiyyatına alınıb. Onun 200 manat nizamnamə kapitalı var.
Şirkətin qanuni təmsilçisi İlham Həmzəyev Ələkbər oğludur.