Bakıda qanunsuz valyuta satışı ilə məşğul olan şəxs cərimələnib.
Daxili İşlər Nazirliyinin saytında verilən xəbərə görə, Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qnyaz Mamedov rayon ərazisində 200 ABŞ dollarını qanunsuz satdığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 148 manat cərimə edilib.