Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da Yeni ilin ilk avtomobil hərracını keçirəcək.
Həmin gün özəlləşməyə açılan səhmdar cəmiyyətlər və kiçik müəssisələrlə yanaşı, ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 12 avtomobil də satışa çıxarılacaq.
Hərraca çıxarılan avtomobillərin ilkin satış qiyməti 1300 manatdan başlayır. Siyahıda 1900 manata, 2400 manata, 2800 manata və 5500 manata satılan avtomobillər də var. Satışa çıxarılan avtomobillər 1988-2006-cı illərdə istehsal edilib.
Avtomobillərdən 6-sı Daxili İşlər Nazirliyinin, 4-ü Xüsusi Dövlət Mühafizə Xidmətinin, 1-i Dövlət Statistika Komitəsinin balansındadır.
Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.
Sifarişlər və hərraca çıxarılan avtomobillərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.