AzeriCard sistemində planlaşdırılmış yenilənmə işləri ilə əlaqədar olaraq, 14 oktyabr gecə saat 01:00-dan 06:00-a qədər prosessinq mərkəzinin fəaliyyəti müvvəqəti dayandırılacaq və plastik kartlar üzrə onlayn rejimdə əməliyyatlar həyata keçməyəcək.
Bu barədə AzeriCard məlumat yayıb.
Xatırladaq ki, “AzeriCard” prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.