Azərbaycandan olan miqrantlar 2015-ci il ərzində öz ölkələrinə 42 mln. ABŞ dolları həcmində pul göndəriblər ki, bu da dünya üzrə ümumi həcmin 0,0072%-i deməkdir. Bu Dünya Bankının (WB) apardığı araşdırmalar zamanı məlum olub.
Məlumata görə, 2015-ci ildə ümumilikdə 582 mlrd. dollarlıq pul miqrantlar tərəfindən vətənlərinə göndərilib. Azərbaycanın da yer aldığı TOP-20-yə Rusiya liderlik edir. Belə ki, rusiyalı emiqrantlar öz ölkəsinə 3,108 mlrd. dollar göndəriblər.
TOP-20-də yer alan digər ölkələrin sıralaması isə belədir: Qazaxıstan - 254 mln. dollar, Polşa - 233 mln. dollar, Belarus - 228 mln. dollar, Özbəkistan - 172 mln. dollar, İsrail - 153 mln. dollar, Çexiya - 150 mln. dollar, Moldova - 47 mln. dollar, Latviya - 43 mln. dollar, Macarıstan - 33 mln. dollar, Türkmənistan - 29 mln. dollar, Qırğızıstan - 27 mln. dollar, Estoniya - 23 mln. dollar, Gürcüstan - 23 mln. dollar, Litva - 22 mln. dollar, Rumıniya - 12 mln. dollar, Slovakiya - 10 mln. dollar, Ukrayna - 2,2 mln. dollar, Ermənistan - 2 mln. dollar, Tacikistan - 1 mln. dollar.