"Lukoil" şirkətinin Azərbaycan əsilli strateji səhmdarı və prezidenti olan Vahid Ələkbərov ötən il 580 mln. dollar məbləğində gəlir əldə edib.
"Forbes" jurnalında verilən xəbərə görə, bu gəlir "Lukoil" şirkətinin dividendlərinin bölgüsü nəticəsində əldə olunub.
Qeyd edək ki, "Lukoil" 2016-cı ildə iki dəfə ümumi məbləği 159 mlrd. rubl məbləğində dividendin bölgüsünü həyata keçirib. Bu məbləğdən 36 mlrd. rublu V. Ələkbərov əldə edib.