2017-ci ilin may ayında Tbilisidə "BuyBrand TransCaucasia" adlı ilk beynəlxalq françayzinq sərgisi keçiriləcək. Sərgidə 100 brend Azərbaycan, Gürcüstan və Ermənistandan olan investorlara təqdim olunacaq.
"Cənubi Qafqaz ölkələri bazarları françayzinq xidmətlərinə böyük maraq göstərir ki, bu da təəccüblü deyil. Çünki region ölkələri ÜDM və orta aylıq gəlirliliyə görə stabil artım nümayiş etdirir. Hər 3 ölkənin məcmu ÜDM-i 29 milyard dollar, ticarət dövriyyəsi isə 51,65 milyard dollar təşkil edir. Regionda hal-hazırda 100-dən artıq beynəlxalq brend var. İnkişaf perspektivlərini və hər il artan turist axınını nəzərə alsaq, bu ölkələrin bazarlarında françayzinq xidmətləri üzrə ciddi artım proqnozlaşdırmaq olar", - deyə sərginin təşkilatçısı Yekaterina Soyak deyib.
Təşkilatçıların hesablamalara görə, yaxın 5 ildə regionda françayzinq xidmətləri üzrə təxminən 1000 müəssisə açıla bilər. Bu müəssisələrdə 15 minə yaxın işçi işçinin çalışması nəzərdə tutulur.