Cari ilin yanvar ayında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə ümumilikdə 0,3 mln. manat investisiya yatırılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu da ölkə üzrə cəmi investisiya qoyuluşunun 0,03%-ni təşkil edir.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında bu sahəyə investisiya yatırımı olmayıb. 2016-cı il ərzində isə maliyyə sektoruna investisiya qoyuluşu 4,3 mln. manat təşkil edib və bu, illik müqayisədə 77,8% azdır.
Cari ilin yanvarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala toplam 954,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 31,5%-ni təşkil edib.