Azərbaycanın builki dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 773 978 min manatdan 33 779 500 min manat, xərcləri üzrə proqnoz isə 33 353 278 min manatdan 36 568 800 min manata qaldırılır.
Dövlət büdcəsinə dəyişikliklər açıqlandı - RƏQƏMLƏR
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Beləliklə, büdcə gəlirləri 3 005 522 min manat və yaxud 9,7 %, büdcə xərcləri isə 3 215 522 min manat və yaxud 9,6 % artırılır.
O cümlədən büdcənin mərkəzləşdirilmiş gəlirləri 30 016 998 min manatdan 33 014 798 min manata, yerli gəlirləri 756 980 min manatdan 764 702 min manata, mərkəzləşdirilmiş xərcləri 32 583 992 min manatdan 35 791 792 min manata, yerli xərcləri isə 769 286 min manatdan 777 008 min manata çatdırılır.