2022-ci ilin yanvar ayının nəticələrinə əsasən dövlət büdcəsində böyük məbləğdə profisit yaranıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda dövlət büdcəsinin gəlirləri 2 milyard 747 milyon manat təşkil edib. Bu 2021-ci ilin yanvar ayındakı gəlirlərdən 426 milyüon manat və ya 18% artıqdır.
Yanvar ayında büdcənin xərcləri isə 983 milyon manat təşkil edib. Büdcə gəlirlərindən fərqli olaraq büdcənin xərcləri ötən ilin yanvarı ilə müqayisədə azalıb. 2022-ci ilin yanvarında büdcə xərcləri 2021-ci illə müqayisədə 249 milyon manat və ya 20% az olub.
Gəlirlərin kəs kin artımı, xərclərin isə azalması büdcədə böyük artıqlığa səbəb olub.
Nəticədə yanvarın sonuna büdcədə 1 milyard 763 milyon manat və ya hazırki məzənnə isə 1 milyard 37 milyon dollar artıqlıq yaranıb. Maraqlıdır ki, dövlət büdcəsi 2021-ci ili 993 milyon manat kəsirlə başa vurmuşdu.