Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 408,9 milyon manat xalis mənfəət əldə edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır.
7 ay ərzində bankların əməliyyat gəlirləri 1 672,5 milyon manat (1 il əvvələ nisbətən 12,8% çox), əməliyyat xərcləri 1 078,6 milyon manat (14,85% çox), xüsusi ehtiyatlara ayırmaları 113,8 milyon manat (5,5 dəfə çox), gözlənilməz gəlirləri 0,1 milyon manat (dəyişməyib), mənfəət vergisi ödəmələri isə 71,9 milyon manat (24,55% az) təşkil edib. (Report)