2021-ci ilin 2-ci rübündə Azərbaycan banklarında istehlak kreditləri portfelinin dinamikası məlum olub.
FED.az-ın tərtib etdiyi renkinqə əsasən son 3 ayda (aprel-may-iyun) bankların əksəriyyəti istehlak kreditlərini artırıb, amma bu kreditlərin azaldığı banklar da var.
İstehlak kreditlərinin faizlə ifadədə ən sürətli artımı İran Milli Bankının Bakı Filialı, «Bank VTB Azərbaycan» və «Bank Respublika»da qeydə alınıb – 32-40% arasında.
İstehdlak kreditlərinin mütləq ifadədə ən sürətli artımı isə «Kapital Bank», «Unibank» və «Azərbaycan Beynəlxalq» bankında baş verib. Burada kredit portfelinin artımı 29-60 milyon manat arasında olub.
Son 3 ayda istehlak kreditlərinin faiz ifadəsində ən çox azalması «Zirat Bank Azərbaycan»da qeydə alınıb – 410 min manat ya 12%. Mütləq ifadədə isə istehlak kreditlərinin azaldığı bank - «Paşa Bank» olub – 2,2 milyon manat və ya təqribən 1%.