Azərbaycanın bank sektoru 2022-ci ilin ilk 7 ayını (yanvar-iyul) 492.6 milyon manat xalis mənfəət ilə başa vurub.
Eləcə də bax: Azərbaycan manatı lirəyə, funt-sterlinqə, yenə və franka qarşı - BAHALAŞIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın bildirdiyinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 20.5% artıb.
Azərbaycanın bank sektoru 2021-ci ilin ilk 7 ayını 408.9 milyon manat xalis mənfəət ilə bağlamışdı.