2022-ci ilin 1-ci yarısında manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişmişdir.
Eləcə də bax: Azərbaycana daxil olan pul baratlarında böyük artım - 6 ayda 1,1 MİLYARD DOLLARI KEÇİB
FED.az xəbər verir ki, Mərkəzi Bankın “Pul siyasəti icmalı"nda bildirilir ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazax tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşmış, Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 3.6% möhkəmlənmiş, real effektiv məzənnəsi isə 5.7% ucuzlaşmışdır. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir etmişdir. (Marja)