Azərbaycan bankları tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) 2 milyard 125 milyon manat, o cümlədən noyabr ayı ərzində 284.,7 milyon manat artaraq 16 milyard 282 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycan bank sektorunun xalis mənfəəti - 12% ARTIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin noyabr ayında biznes kreditləri 173,8 milyon manat artaraq 9 milyard 526,2 milyon manata, istehlak kreditləri 85,7 milyon manat artaraq 4 milyard 400,4 milyon manata, ipoteka kreditlıri isə 24,8 milyon manat artaraq 2 milyard 355,4 milyon manata çatıb.
2020-ci ilin sonuna nisbətən, 2021-ci ilin 11 ayı ərzində biznes kreditləri 1 milyard 47,9 milyon manat, istehlak kreditləri 739,2 milyon manat, ipoteka kreditləri isə 337,9 milyon manat artıb.
(Marja)