2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları 614,1 mln. manat xalis mənfəət, 883,9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Eləcə də bax: Azərbaycandakı əmanətçilərin banklardakı pulları “əridi”– REAL ZƏRƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalara görə, bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 12%, əməliyyat mənfəəti isə 19,1% artıb.
Qeyd edək ki, yanvar-noyabr aylarında bankların xalis faiz gəlirləri də 12% artaraq 1,395 mlrd. manata çatıb.