Hesabata əsasən, ölkədə ən yüksək faizli kreditlər Yuxarı Qarabağ (illik 25,2%), “Dağlıq Şirvan” (23,9%) və “Aran” (23,4%) iqtisadi rayonlarında verilir. Ən aşağı orta faiz dərəcələri isə “Naxçıvan” (9,9%) və “Bakı” (10,1%) şəhərlərindədir.
Eləcə də bax: Azərbaycanda ilk dəfə – BANK SAAT 21-DƏK İŞLƏYİR
Kredit portfelinin ən yüksək məbləği Bakı şəhəri (10 mlrd 579,8 mln manat) üzrədir. Digər yerlərdə isə “Aran” ( 576.3 mln manat) və Abşeron iqtisadi rayonlarıdır (503,8 mln manat).
Daha az kredit portfelinə malik olnalar isə Kəlbəcər iqtisadi rayonunu nəzərə almasaq, “Yuxarı Qarabağ” (49,5 mln manat) və “Dağlıq Şirvan” (60,9 mln manat) iqtisadi rayonlarıdır.
Bundan əlavə, Bakı şəhərini nəzərə almasaq, digər rayonlara verilən cəmi kredit məbləği 2 mlrd 304,8 mln manatdır ki, bu da Bakıya verilə kreditlərin məbləğindəm 4,59 dəfə azdır.
Azərbaycanda kreditlərin bölgələr üzrə orta % dərəcəsi (01.02.2019 tarixinə)
İqtisadi rayonlar |
Kredit portfeli (min manat) |
Orta faiz dərəcəsi |
Lənkəran iqtisadi rayonu |
213 235,4 |
22.5% |
Naxçıvan iqtisadi rayonu |
99 366,7 |
9.9% |
Quba-Xaçmaz iqtisadi rayonu |
163 904,7 |
20.7% |
Bakı şəhəri |
10 579 815,1 |
10.1% |
Aran iqtisadi rayonu |
576 296,3 |
23.4% |
Abşeron iqtisadi rayonu |
503 842,2 |
16.6% |
Dağlıq Şirvan iqtisadi rayonu |
60 882,1 |
23.9% |
Gəncə-Qazax iqtisadi rayonu |
483 158,0 |
19.9% |
Şəki-Zaqatala iqtisadi rayonu |
154 660,2 |
20.4% |
Yuxarı Qarabağ iqtisadi rayonu |
49 492,6 |
25,2% |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
0 |
0% |
Yekun |
12 884 653 |
11,9% |