Azərbaycanın bank sektorunda rəqabət artdıqca banklar müştərilər üçün yeni xidmət imkanları yaradırlar. FED.az xəbər verir ki, belə yeniliklərdən biri “Express Bank” tərəfindən tətliq edilib.
Belə ki, bank rəhbərliyinin qərarı ilə müştərilərə xdmət vaxtı saat 18-dən 20:00-dək uzadılıb. Bankdan FED.az-a verilən məlumata görə, bu kampaniya çərçivəsində hazırda “Express Bank”da iş vaxtı saat 9:00-dan 20:00-a qədər davam edir.
Kampaniyada məqsəd qarşıdak gələn bayram tətilləri səbəbindən işlərini – bank əməliyyatlarını tezliklə başa çatdırmaq istəyən müştərilərə dəstək olmaqdır: «Bu kampaniya insanların işlərini çatdıra bilməsi və bayram günlərini daha rahat keçirməsi üçündür».
Eləcə də bax: Azərbaycandə ən yüksək faizlə kredit verilən - BÖLGƏLƏR - SİYAHI
Nəticədə burada axşam saat 20-yədək bütün bank əməliyyatları həyata keçirmək – hesab açmaq, plasti kart üçün müraciət, nağd kredit üçün müraciət, depozit və ya əmanət yerləşdirmək, kassa əməliyyatları aparmaq və sair mümkündür. Qeyd edək ki, iş vaxtı saat 20 ilə məhdudlaşmır, banka həmn vaxtadək daxil olan müştəri əməliyyatını başa vuranacaq ona xidmət olunacaq: «Əgər müştəri banka saat 20-də daxil olursa, ona xidmət göstərilir və ehtiyac yaranarsa bank saat 21-dək işini davam etdirəcək»-deyfə bankdan FED.az-a bildirilib.
Martın 11-dən 19-dək davam edəcək kampaniya çərçivəsində bankın bütün filiallarında iş vaxtı uzadılıb, Nəsimi filialı isə (Bül-bül pr., 29 / Vidadi küç.189) ümumiyyətlə 24 saat işləyir. Həftəsonu isə bankın filialları adı qaydada fəaliyyət göstərəcklər.