Bu il oktyabrın 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 130,6 mln. manat və ya 5,4% artaraq 2,547 mlrd. manata çatıb. Bu göstərici 2016-cı ilin sentyabr ayından bəri ən yüksək göstəricidir.
Eləcə də bax: Azərbaycanın özəl banklarının kredit qoyuluşunda - Payı Azalmaqdadır
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 51,1 mln. manat və ya 2,1% artıb. İlin əvvəlindən isə bu göstərici 55,5 mln. manat və ya 2,2% artıb.
Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 17,2% təşkil edib ki, bu da aylıq müqayisədə 0,4 faiz bəndi, illik müqayisədə isə 0,5 faiz bəndi artıb. (Apa)