Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 227 649,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 127 350,87 min manat yaxud 2,27 dəfə çoxdur.
Komitənin verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 37 681,98 min manat yaxud 2,95 dəfə artaraq 56 971,8 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 87 749,62 min manat yaxud 2,21 dəfə artaraq 160 300 min manat, aksizlər 1 142,86 min manat yaxud 16,78% artaraq 7 952,4 min manat, yol vergisi üzrə daxilolmalar isə 776,46 min manat və ya 47,08% artaraq 2 425,7 min manat təşkil edib.
report©