Bu ilin iyul ayının 1-nə Azərbaycanın sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 387,9 mln. manat və ya 49,5% artaraq 1 171,8 mln. manata çatıb.
Eləcə də bax: Azərbaycanda kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.06.2020)
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 12,5 mln. manat və ya 1,1% artıb.
Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 8,1% təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi, illik müqayisədə isə 2,3 faiz bəndi artım deməkdir. (Apa)