Bu ilin martın 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 690,2 mln. manat təşkil edib ki, bu göstərici fevral ayı ərzində 2,3% azalıb.
Eləcə də bax: Biznes kreditləri portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, illik müqayisədə problemli kreditlərin həcmi 24,8% azalıb.
Sözügedən kreditlərin ümumi portfeldəki payı 3,9% təşkil edib. Qeyd olunan göstərici əvvəlki aya nəzərən 0,2 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2,4 faiz bəndi azalıb. (Apa)