Azərbaycanda Peşəkar Mühasib Sertifikatı (PMS) əldə edənlərin sayı 5 749 nəfərə çatıb.
Sahibkarlar mühasibat uçotunun düzgün aparılması üçün hansı addımları atmalıdır – SEVİNC MAHMUDOVA İLƏ MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, PMS almış şəxslərin dövlət reyestri yenilənərək Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu ilin iyul ayında peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə), avqust ayında isə II mərhələsi (qanunvericilik üzrә) keçirilib. İmtahan vermək üçün I mərhələ üzrə 1 416, II mərhələ üzrə isə 984 nəfər müraciət etmişdi. (Report)