Sahibkarların bir qismi mühasibat uçotu üçün outsource xidmətini kənara sızmış məlumat kimi dəyərləndirir...
FED.AZ biznes xəbər portalı “Reanda Azərbaycan” MMC-nin mühasibat üçotu və maliyyə konsultasiya departamentinin aparıcı mütəxəsisisi Sevinc Mahmudovanın müsahibəsini təqdim edir.
Hörmətli Sevinc xanım, günümüzdə sahibkarlarda mühasibat uçotunun düzgün təşkili və aparılması prosesləri adekvatdırmı?
Çox önəmli məsələyə toxundunuz, təşəkkür edirəm. Günümüzdə mühasibat uçotu anlayışı və bu haqda qanunvericikdə çox sürətli dəyişikliklər var və bü dəyişikliklər müsbət yöndə davam edir. Deyə bilərik ki, ölkəmizin ilk quruculuğu dövründəki tələblərlə hazırda olan tələblər çox fərqlidir. Bildiyiniz kimi ən son tələblərdən biri də orta və iri sahibkarlarda 2 pilləli imtahan ilə Peşəkar Mühasib Sertifikatı (Certified Public Accountant) tələb olunur. Bu tələbləri sahibkarların bir qismi təmin edə bilib ancaq bir qismi hələ də tam təmin edə bilməyib. Mühasibat uçotunun düzgün təşkil olunması ən əsas olaraq rəqəmsal uçot jurnalı sayılan proqram təminatının təşkili və uçotu vacib elementdir. Bunun üçün isə təşkilatlarda uçot siyasəti müəyyənləşdirilməlidir. Bizim audit və konsultasiya zamanı müşahidələrimiz bəzi sahibkarlarda yazılı uçot jurnalının olmaması və ya adekvat olmaması halllarıdır.
Sizin fikrinizcə sahibkarlarda mühasibat uçotunun düzgün təşkili və aparılması üçün hansı addımlar atılmalıdır?
Biz bəzi sahibkarlarda ucuz başa gələ bilən, aşağı məbləğdə əmək haqqı ilə cəlb olunmuş və bu sahədə yetərli təcrübəsi olmayan mühasiblərə mühasibat uçotunun tapşırıldığını müşahidə edirik. Çox vaxtı da bizim tövsiyələrimiz öz təsdiqini tapır və həmin uçuz qiymətə işləyən işçi uçotu kompleks hala salır və işin içindən çıxılmaz vəziyyətdə sahibkar yenidən bizə kömək üçün müraciət edir. Bu isə öz növbəsində sahibkar üçün əlavə xərc olaraq başa gəlir.
Biz hər zaman tövsiyə edirik ki, sahibkarlar biznesinin əsas sütunu olan pul vəsaitlərinin uçotunu aparan mühasiblərə daha həssas yanaşsınlar və bu sahədə peşakar mühasiblərə yönlənsinlər. Bəli, mühasibat uçotu sahəsində bazarda peşəkar mühasiblərə təlabat çoxalıb ancaq təklif azdır. Biz bu zaman mühasibat uçotu üçün outsource (kənar xidmətlər) xidmətlərini tövsiyə edirik. Mühasibat uçotu üçün outsource xidməti dedikdə ən əsası iki tərəfli xidməti müqavilə ilə tərəflər sığortalanır və sahibkar outsource xidməti zamanı sadəcə tək şəxsdən asılı vəziyyətdə qalmır nəticədə outsource xidməti təmin edən şirkət bunun məsuliyyətini daşıyır. Həmçinin Mühasibat uçotu üçün outsource xidmətində iştirak edən işçi qüvvəsi həm yerli həm də beynəlxalq maliyyə sertifikatlarını təmin edir.
Ölkəmizdə mühasibat uçotu üçün outsource xidmətindən yararlanan sahibkarlar adekvat saydadırmı?
Sizə belə bir statistika deyə bilərəm ki, mühasibat uçotu üçün outsource xidməti ən çox ABŞ, inkişaf etmiş avropa ölkələri və Avstaliya, Yaponiya və Çin də müşahidə edilir. Həmin ölkələrdə sahibkar büdcədən ayrıca xərc ayırıb mühasiblər, onların əmək haqqlarında tutulmalar, lazım olan ləvazımatlar və s. almaq niyyətində deyil və mənasız xərc kimi təsnifləşdirilir. Onlar daha çox audit firmaları, konsultasiya firmaları ilə müqavilə bağlayıb həm vergi məsləhəti həm də mühasibat uçotu xitmədini daha münasib qiymətə təmin edə bilir.
Ancaq bu halı ölkəmiz üçün deyə bilmirik. Bunun üçün marifləndirməyə daha çox ehtiyac görülür. Sahibkarların bir qismi mühasibat uçotu üçün outsource xidmətini kənara sızmış məlumat kimi dəyərləndirdiyi üçün əsas prioritet saymır. Biz audit firması olaraq konsultasiya zamanı sahibkarları bu haqda marifləndiririk. Ancaq görünür ki buna zaman lazımdır. Hal-hazırda adekvat sayda olmasını demək hələ ki tezdir.