Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il oktyabrın 1-nə 6 194 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq 6 aylıq artımdan sonra 2 aydır azalma göstərir. Belə ki, avqustda azalma 116,3 mln. manat və ya 1,8% təşkil edib. Sentyabrda isə keçən ayla müqayisədə azalma 132,1 mln. manat və ya 2,09% təşkil edib. İlin əvvəli ilə müqayisədə nağd pulun həcmi 777,2 mln. manat və ya 14,35% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə dövriyyədə olan nağd pulların həcmi 144 mln. manat və ya 2,38% artım göstərib.
Qeyd edək ki, dövriyyədə olan nağd pulun Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) qeydə alınıb. Bu il oktyabrın 1-nə açıqlanan göstərici tarixi maksimal həddən 4 950,4 mln. manat və ya 44,42% aşağıdır.
Report©