2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda nağd xarici valyutanın banklar tərəfindən alqı-satqı əməliyyatlarının həcmi 47% artaraq 3,9 milyard dollara yüksəlib.
Azərbaycan Mərkəzi Bankı - Pul Siyasəti İcmalı - Yanvar-Sentyabr (2022) – TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ötən həftənin sonunda açıqladığı «Pul Siyasəti İcmalı (9 ay, 2022)» sənədində bildirilir. Xatırladaq ki, ötən il nağd valyuta alqı-satqısı üzrə əməliyyatların həmci 2,65 milyard dollar ətrafında idi.
Sənəddə bildirilir ki, ölkədə xarici valyuta ilə aparılan nağd alış-satış əməliyyatlarının 87%-i ABŞ dollarının payına düşür.
Mərkəzi Bankın açıqladığı qrafikə əsasən, son 3 ildə bankların satdığı nağd varlyutanın məbləği 10 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin ilk 9 ayında banklar əhaliyə 3,3 milyard manata yaxın nağd dollar satdıqları halda, 2021-ci ilin eyni dövründə bu göstərci 300 milyon manata, 2022-ci ilin 9 ayında isə 440 milyon manata yüksəlib.
Rus rublu ilə bağlı vəziyyyət isə demək olar dəyişməyib – 2020-2021-2022-ci illərin ilk 9 ayında banklar əhalidən 60 milyon manata yaxın rubl alıblar.
Əvəzində əhalinin avro alışları kəskin azalıb.
2020-ci ildə banklar əhaliyə 250 milyon manat, 2021-ci ildə 150 milyon manatlıq avro satdlıqları halda, 2022-ci ilin 9 ayında bu göstərici 50 milyon manat ətrafındadır.
Bununla yanaşı, əhalinin banklardan aldığı funt-sterlinq həcmi kəskin artıb.
Bu ilin ilk 9 ayında ölkə əhalisi banklardan 100 milyona yaxın ingilis funt sterlinqi alıb.