Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul siyasəti icmalını açıqlayıb.
FED.az-ın məlumatına görə, icmalda bildirilir ki, 2022-ci ilin 9 ayında Mərkəzi Bank geosiyasi gərginliyin təzyiqləri altında olan qlobal iqtisadiyyatdakı mürəkkəb proseslərin çoxtərəfli təsirləri şəraitində fəaliyyət göstərib.
Azərbaycan Mərkəzi Bankı - Pul Siyasəti İcmalı - Yanvar-Sentyabr (2022)
«Qlobal mühit artan inflyasiya, yüksək əmtəə qiymətləri, təchizat zəncirində problemlər və azalan iqtisadi artım proqnozları ilə xarakterizə olunur. Beynəlxalq konyunktur tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olsa da, artan inflyasiya daxili qiymətlərə də təsir göstərmişdir»-deyə icmalın ümumi şərhində bildirilir.
AMB bildirir ki, dövr ərzində Mərkəzi Bankın pul siyasəti monetar şərait vasitəsilə xarici və daxili inflyasiya təzyiqlərinin məhdudlaşdırılmasına yönəldilib. «Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiyanı məhdudlaşdıran əsas amillərdən olmuşdur».
AMB bildirir ki, bu dövrdə pul siyasəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiya amilləri, real iqtisadiyyatda aktivlik səviyyəsi və risklər balansı nəzərə alınmaqla qəbul olunub:
«Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmiş, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılmışdır. Bu tədbirlər banklararası pul bazarının aktivləşdirilməsinə və pul siyasəti qərarlarının faiz kanalı vasitəsilə inflyasiyaya ötürücülüyünün gücləndirilməsinə xidmət edir».
Azərbaycan Mərkəzi Bankı - Pul Siyasəti İcmalı - Yanvar-Sentyabr (2022)