2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) çalışanların orta aylıq maaşı 2 340,4 min manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 259 min manat (12,4%) çoxdur.
Bu sahədə dövlət sektorunda işləyənlərin maaşı son bir il ərzində 527,2 min manat və ya 22,9% artaraq 2 830,5 manata çatıb.
Özəl sektorda çalışanların orta aylıq maaşı isə 190,2 manat (9%) artaraq 2 218 manata yüksəlib.