2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda çalışanların orta aylıq maaşı 1 753,6 min manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,9 manat (14%) çoxdur.
Bu sahədə dövlət sektorunda işləyənlərin maaşı son bir il ərzində 199,2 manat və ya 16% artaraq 1 442,9 manata çatıb.
Özəl sektorda çalışanların orta aylıq maaşı isə 211,2 manat (11,9%) artaraq 1 984,9 manata yüksəlib.