Pərakəndə ticarətlə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər.
Bu barədə vegilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.
Bu, Vergilər Məcəlləsində hazırlanan yeni dəyişikliklər layihəsində nəzərdə tutulub.
Qeyd edək ki, ticarət əlavəsi - malların ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənlərə ödənilən malın alış qiyməti arasındakı fərqdir.