Azərbaycanda banklar tərəfindən fiziki şəxslərə verilən istehlak kreditlərinin faiz dərəcələrində dəyişmələr müşahidə edilib.
Eləcə də bax: Azərbaycanda kredit kartı ilə verilən kreditlər - Bahalaşıb
FED,az azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit kartları ilə verilən istehlak kreditlərin faiz dərəcələri 25%-ə qədər yüksəlib. Bu, ötən ilin eyni dövründə 23%, ötən ilin sonu isə 24% təşkil edirdi.
Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin orta faiz dərəcələri 23% təşkil edib. Bu, 2020-ci ilin eyni dövründə 23%, həmin ilin sonunda isə 24% təşkil edirdi.
Avtomobil kreditləri 19%-də və məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin isə faiz dərəcələri 23%-də sabit qalmışdır.