Azərbaycanda banklar tərəfindən fiziki şəxslərə verilən istehlak kreditlərinin faiz dərəcələrində dəyişmələr müşahidə edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank bildirir.
Məsələn, kredit kartları ilə verilən istehlak kreditlərin faiz dərəcələri 25%-ə qədər yüksəlib. Bu ötən ilin eyni dövründə 23%, ötən ilin sonu isə 24% təşkil edirdi.
Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin orta faiz dərəcələri 23% təşkil edib. Bu 2020-ci ilin eyni dövründə 23%, həmin ilin sonunda isə 24% təşkil edirdi.
Avtomobil kreditləri 19%-də və məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər faiz dərəcələri 23%-də sabit qalmışdır.