Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
FED.az xəbər verir ki, APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.
O qeyd edib ki, qanun layihəsi uzun müddətdir Prezident Administrasiya ilə birgə hazırlanır və işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.
4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb.