Azərbaycanda 2017-ci ilin mart ayı ərzində sürətlə bahalaşan xidmət növləri açıqlanıb. Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, istehlak səbətinə daxil olan xidmətlərdən aylıq ən çox qiymət artımı xaricə istirahət turlarında qeydə alınıb.
Ötən ay qiyməti daha sürətlə artan xidmətlərin ilk onluğu aşağıdakı kimidir:
Xidmət | Əvvəlki aya nisbətən,% |
İstirahət turları (ölkədən kənara) | 105,9 |
Kişi penсəyinin quru kimyəvi təmizlənməsi | 102,7 |
Aviadaşımalar (beynəlxalq reyslər, MDB) | 102,7 |
Uşaqlar üçün attraksionlar | 101,9 |
Aerobika məşğələsi | 101,4 |
Biçmə və tikişin öyrənilməsikursları | 101,4 |
Kafedə yeməklərin hazırlanması və verilməsi | 101,4 |
Mənzillərin kirayəsi | 101,2 |
Üzgüçülük məşğələsi | 101,2 |
Çayxana xidməti | 101,2 |