Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-cı il fevral ayının 1-nə 7 747,2 mln. manat təşkil edib. AMB-nin açıqlamasına görə, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 298,5 mln. manat və ya 4% artıb.
Qeyd edək ki, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 896,1 mln. manat və ya 10,37% azalıb.
Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il fevralın 1-nə 1 633,1 mln. manat təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 160,5 mln. manat və yaxud 10,9% çoxdur. Son bir ildə isə vaxtı keçmiş kreditlər 318,5 mln. manat və yaxud 24,23% artıb.
Qeyd edək ki, bu il fevralın 1-nə problemli kreditlər ümumi kredit portfelinin 9,78%-ni təşkil edib. Bu nisbət ilin əvvəlində 8,96%, 2016-ci il fevralın 1-də isə 6,20% olub.