2023-ci ilin II rübündə dövlət qiymətli kağızların dövriyyəsi 3,2 mlrd. manata düşüb.
FED.az xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,3%(1,2 mlrd. manat) azdır.
Belə ki, ötən ilin II rübündə dövlət qiymətli kağızların dövriyyəsi 4,4 mlrd. manat idi.