Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana borclar üzrə məşvərət mərkəzləri yaratmağı təklif edir. Bu sözləri bu gün Azərbaycanda maliyyə savadlılığı üzrə məşqçilərin I illik toplantısında çıxış edən korporasiyanın Bakı ofisinin rəhbəri Aliyə Əzimova deyib.
Onun sözlərinə görə, IFC-nin bu cür mərkəzlərin yaradılmasında böyük təcrübəsi var.
A.Əzimova deyib: “Azərbaycanda yaradılacaq bu cür mərkəzlər yüksək borclanmanın qarşısının alınmasında böyük rol oynaya bilər”.