Azərbaycanda banklararası kreditlər cari ilin yanvar ayında bahalaşmağa davam edib. Fevalın 1-nə manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 10,96%, xarici valyuta ilə kreditlərdə isə 9,01% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına əsasən, manatla kreditlər aylıq 0,1 faiz bəndi, xarici valyutada isə 3,59 faiz bəndi bahalaşıb. Ən bahalı 30-90 günlük kreditlər olub. Manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 20,62%, xarici valyutada isə 17,22% təşkil edib.