Bu ilin əvvəlindən indiyədək Azərbaycanda maliyyə və sığorta sekğtorunda çalışanların əmək haqları 20% artıb.
FED.az xəbər verir ki, 2020-ci ilin ilk 4 ayında sözügedən sahələrdə orta aylıq əmək haqqı 1631 manatdan 2 004 manata yüksəlib.
Eləcə də bax: Azərbaycanda bank işçilərinin orta aylıq maaşı - MƏLUM OLDU
Qeyd edək ki, bu sahələrdə 28,6 min nəfər çalışır. Onların 5,5 mini dövlət sektorunda, 23,1 min nəfər isə özəl sektorda çalışır.
Özəl sektorda maaşlar daha sürətli artıb.
Belə ki, ilin əvvəlində hər iki sektorda bank-sığorta işçilərinin maaşları demək olar ki, eyni idi, hətta dövlət sektorunda əmək haqları daha yüksək idi. Yanvarın 1-ə olan məlumata görə, dövlət sektorunda orta əmək haqqı 1680 manat, özəl sektorda isə 1619 manat idi. Amma ötən 4 ay ərzində özəl sektorda maliyyə və sığorta sahəsində maaşlar daha sürətlə artıb. Bu dövrdə özəl sektorda orta maaş 448 manat və ya 27,7% artaraq 2067 manata çatıb.
Dövlət sektorunda çalışanların maaşları isə cəmi 53 manat və ya 32% artaraq 1733 manat olub.