Azərbaycan banklarında hər işçiyə düşən orta aylıq maaş xərci məlum olub.
Eləcə də bax: Azərbaycanda əməkdaşlarına ən çox və ən az - MAAŞ VERƏN BANKLAR – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın hesablamasına görə, 2019-cu ilin sonuna ölkə banklarında hər işçiyə düşən orta aylıq əmək haqqı xərci 2 858 manat təşkil edir. Bu məbləğə Dövlət Sosial Müdafiə Fonduna ödəmələr də aiddir.
Ölkədə yalnız 4 bankda əmək haqqı xərcləri bu məbləğdən yüksəkdir. Bunlar «Paşa Bank» - 5 420 manat, «Yapı Kredi Bank Azərbaycan» - 3 374 manat, Bank VTB (Azərbaycan) – 2 914 manat və «Xalq Bank»dır.
Digər banklarda hər işçiyə düşən orta aylıq əmək haqqı xərci bu məbləğdən aşağıdır.
DSMF ödənişlərini çıxdıqdan sonra bank sektorunda orta aylıq maaş təqribən 2 458 manat təşkil edir.