Azərbaycanda 1 avronun rəsmi məzənnəsi yenidən 1,8 manatdan aşağı düşüb.
FED.az xəbər verir ki, bu gün 1 avronun rəsmi məzənnəsi 1,7951 manatdır. Sonuncu dəfə 1 avro 2023-cü ilin Mart ayının 9-da 1,8 manatdan aşağı olmuşdu.
Dünən 1 avro rəsmi olaraq 1,8006 manata bərabər idi.
İyul ayının bir nüçə günündə 1 avronun qiyməti 1,9 manat səviyyəsini keçmişdi. Son 2 ayda avro manat qarşısında 6%-dən çox ucuzlaşıb.
Avrozonada inflyasiya - 5,2 FAİZ OLUB
2023-cü ilin İyul ayının ortalarında Avro/ABŞ dolları məzənnəsi 1,12 dolları keçmişdi. Hazırda Avro/Dollar məzənnəsi 1,05 səviyyələrindədir. Ötən müddətdə avro dollar qarşısında 6%-dən çox dəyər itirib.
Bloomberg xəbər verir ki, hedcinq fondları avronun ucuzlaşmasına böyük mərclər edib. Ticarət iştirakçıları Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmağı dayandıracağını gözləyirlər. Məlumatlar göstərir ki, avroda qısa mövqelər (valyutanın ucuzlaşacağı güman edilərək satış əməliyyatı) təxminən bir illik maksimuma çatıb. (Marja)