Azərbaycan öz kredit reytinqi agentliyini yaratmağa hazırlaşır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, artıq agentliyin yaradılması AMB daxilində müzakirə edilir və onun huquqi texniki tərəfləri araşdırılır:
«Ölkəmizdə yerli kredit agentliyinin açılması müzakirə olunur. Biz AMB daxilində bunu müzakir edirik, araşdırma aparırıq. Bu məsələnin hüquqi, texniki və maliyyə analizi aparılır. İnanıram ki, bu ölkənin kapital bazarlarının inkişafına böyük töhfə verəcək».